Ana səhifə | Haqqımızda | Əlaqə aze | eng | rus

T E Z L İ K L Ə

Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun (1925-1963) yaradıcılığını əks etdirən rertospektiv sərginin açılışı olacaqdır. Sərginin açılışı 2013-cü il, 16 may tarixində, saat 18:30-da Müasir İncəsənət Muzeyinində olacaqdır. Ünvan: Yusif Səfərov küç.5. Sərginin açılışında iştirak yalnız dəvətnamə vasitəsi ilə olacaqdır.

X Ə B Ə R L Ə R

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 13-də Müasir İncəsənət Muzeyində olublar.
Qırğızıstan Respublikası Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri çərçivəsində xanımı Raisa Atambayeva 30 mart tarixində Müasir İncəsənət Muzeyində qonaq olmuşdur.
"012 Baku Public Art Festival" ALTAY SADIXZADƏ 9 mart-15 mart http://youtu.be/_-qAHqb_MmM
XƏBƏR ARXİVİ

Müasir İncəsənət Muzeyinə Xoş Gəlmişsiniz!

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.