Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /var/www/mimaz/public_html/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /var/www/mimaz/public_html/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /var/www/mimaz/public_html/class/class.mysql.php on line 19
Müasir İncəsənət Muzeyi
Ana səhifə | Haqqımızda | Əlaqə aze | eng | rus

Müasir İncəsənət Muzeyinə Xoş Gəlmişsiniz!

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.

Kitablar


      Müasir İncəsənət Muzeyinin kitabxanasında qədim, orta əsrlər və müasir dövrə aid zəngin kitab və kataloq kolleksiyası təqdim olunur.Kitabxanamızın məqsədi müasir Azərbaycan incəsənəti, görkəmli incəsənət xadimləri, rəssam və heykəltəraşlarımız haqqında olan dəyərli məlumatları cəmiyyətlə paylaşmaqdır. Əlbəttə ki, müasirlərimizdən danışarkən biz qətiyyən öz keçmişimizi unutmuruq, çünki hərşey köklərdən başlayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bizim mədəni irsimiz dünyadakı zəngin irslərdən biridir. Muzeyimizdə müasir incəsənətin zəngin fondunun mövcudluğunu nəzərə alsaq qarşımızda duran vəzifələrdən biri kitabxana fondunu müxtəlif nəşrlərlə və kataloqlarla genişləndirməkdən ibarətdir. Qısa müddət ərzində Tahir Salahaov, Rasim Babayev, Çingiz Fərzəliyev, Altay Sadıqzadə, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Ömər Eldarov kimi müasir rəssam və heykəltəraşlarımızın kataloqları toplanmışdır.Kiatbxana tərəfindən dünya məktəblərinin mədəni irsinə dair materialların əldə olunmasına yönəlmiş işlər görülür. Dünya rəssamlığının müxtəlif məktəb və cərəyanlarına aid maraqlı materiallarla zəngin kolleksiya toplanmışdır. Burada incəsənətin bütün növləri (yunan təsviri sənəti, realizm, rokoko, roantizm, seriqrafiya, abstrakt rəngkarlıq, dadaizm, impressionizm, kubizm, modern, sürrealizm, ekspressionizm və s.) əhatə olunub.Bizdə həmçinin Leonardo da Vinçi, Mikelancelo, Salvador Dali, Tuluz-Lotrek, Rembrandt, Van Qoq, Bosx, Qoqen, Mane, Modilyani, Velaskes kimi rəssamlara, Roden, Qaudi, Kalatrava, Piano Renzo kimi dahi heykəltəraşlara həsr olunmuş Avropa nəşriyyatlarının nadir nəşrləri təqdim olunub. Fondumuzun kitab çeşidinə 300-ə yaxın müəllif kitablarının kolleksiyası daxildir. Bunların sırasında tədqiqat işinlərində istifadə oluna biləcək elmi nəşriyyatlar da yer tutur. Səyahət etməyi sevənləri Vatikan, Luvr, Ermitaj, D’Оrse Muzeyi, Ufissi Qalereyası kimi dünya muzeylərinə həsr olunmuş kitablarla sevindirə bilərik. Həmçinin bizdə dünya kilsələri və qədim memarlığına aid tarixi kitablar mövcuddur.Muzey kitabxanasının kataloquna giriş bizim abonementin istifadəçiləri üçün sərbəstdir. Bu şöbə Müasir İncəsənət Muzeyi kitabxanasının abonementinə qetdiyyatı həyata keçirir, kitabxana xidmətlərini yerinə yetirir, fondumuzun bazasında tematik sorğular keçirir, istifadəçi əhatəsini və onların məlumat ehtiyaclarını öyrənir.